Qaytarma qaydası

Avtomall mağazalar şəbəkəsindən alınan məhsullar alındığı tarixdən etibarən ( lakin alınma günü nəzərə alınmamaq şərti ilə) 14 təqvim günü ərzində dəyişdirə və ya qaytara bilər. Bu, aşağıdakı şərtlər əsasında həyata keçirilir:

• Məhsul və komplektasiyasına daxil olan hissələrin əmtəə görünüşü saxlanılıbsa (mexaniki zədələr, cızıqlar, sürtülmələr yoxdursa, birdəfəlik (blister) qablaşdırmalı məhsullar üçün isə – qablaşdırma açılmayıbsa);
• Zavod plombu, qoruyucu örtüyü, yarlığı saxlanılıbsa;
• Məhsulda istifadə izləri aşkarlanmayıbsa.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.
Əgər məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3-4 iş günü ərzində müştərinin kartına geri qaytarılır.