Pioneer TS-A1688F (16.5 sm) A-Series 4-Yollu Koaksial Dinamik
Bu model Pioneer-in "Open & Smooth" səs konsepsiyası ilə hazırlanıb ki, bu da dinamiklər arasında hamar keçid və geniş səs səhnəsi təmin edir. 4-yollu (4-way) dizaynı sayəsində musiqi spektrini daha kiçik hissələrə bölərək hər bir tezliyi (bas, mid, zil və super-zil) öz drayveri vasitəsilə daha dəqiq çatdırır. Avtomobilin daxili texnoloji yenilənməsi zamanı səs sistemini bu müasir dinamiklərlə təchiz etmək və detalları yeniləmək sürücü üçün tam premium akustik mühit yaradır.
Texniki Göstəricilər:
-
Maksimum Güc: 350W (Cüt) – Enerjili və dinamik səs performansı.
-
Nominal Güc (RMS): 80W – Stabil, uzunmüddətli və təhlükəsiz peşəkar işləmə.
-
Ölçü: 16.5 sm (6.5 düym) – Müasir qapı yuvaları üçün standart ölçü.
-
Dizayn: 4-yollu Koaksial (Mid-bas + Mid-range + Tviter + Super Tviter).
-
Tezlik Aralığı: 34Hz – 33kHz (Ultra geniş diapazon, dərin bas imkanı).
-
Həssaslıq: 88dB.
-
Müqavimət: 4 Ohm.
Öne Çıxan Özəllikləri:
-
IMPP™ Karbon/Mika Membran: Möhkəmləndirilmiş polipropilen membran basların daha kəskin, orta tezliklərin isə daha təbii çıxmasını təmin edir.
-
4-Yollu Akustik Struktur: Əlavə tviter və super-tviter elementləri sayəsində yüksək tezlikli səslər (zillər) inanılmaz dərəcədə şəffaf eşidilir.
-
Open & Smooth™ Konsepsiyası: Səs dalğalarının salon daxilində bərabər yayılmasına və daha real səs mühitinin yaranmasına xidmət edir.
-
Yüksək RMS Dayanıqlığı: 80W RMS göstəricisi bu dinamikləri həm monitorla, həm də güclü usilitellərlə istifadəyə uyğun edir.
Rəy tapılmadı