Tesla-nın 5-ci səviyyəli avtopilot sistemi gözlənildiyindən daha tez istifadəyə veriləcək

Tesla-nın 5-ci səviyyəli avtopilot sistemi gözlənildiyindən daha tez istifadəyə veriləcək

Avtomobil

Twitter-dəki abunəçiləri ilə söhbət edən zaman Elon Musk Tesla elektromobillərində nə zaman tam avtopilot sisteminin istifdəyə veriləcəyi sualına cavab verib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Musk bildirmişdi ki, 5-ci səviyyəli avtopilot sistemi bu ilin sonuna kimi istifadəyə veriləcək. Lakin onun yeni cavabı sözügedən sistemin daha tez reallaşdırılacağına işarə edib. Beləliklə Musk-ın sözlərinə əsasən tam avtopilot sistemi Tesla elektromobillərində dəqiq şəkildə bu ilin ikinci rübündə istifadəyə veriləcək.

Bu isə o deməkdir ki, Tesla elektromobillərinin sahibləri çoxdan gözlənilən funksiyanı iyun ayından tez əldə etməyəcəklər. Bununla belə Tesla tam avtopilot sisteminin teslərini aktiv şəkildə davam etdirir. Hal hazırda tam avtopilot sisteminin test paketi məhdud sayda sürücü üçün aktivdir və onun qiyməti 10.000$ təşkil edir. Bu qiymətə istifadəçi texnologiyanın yalnız bir hissəsini əldə edir.

Belə ki, bu halda elektromobil avtomatik şəkildə tormoz sistemini işə sala, park oluna, işıqforda hansı rəngli işığın yandığını təyin edə, yoldakı boş zolağa keçidi reallaşdıra bilir. Yerdə qalan bütün proses isə sürücünün öhdəliyinə buraxılır. Musk-ın sözlərinə əsasən son zamanlarda Tesla mühəndisləri avtopilot sisteminin təkmilləşdirilməsinə çox zaman ayırıblar. Bu funksiyanın işə salınmasının gecikməsinin səbəbi isə məhz budur. O həmçinin bildirib ki, Tesla-nın avtopilot sistemindən aylıq abunəlik üsulu vasitəsilə də istifadə etmək olacaq.