Pandemiya problem deyil: Tesla yeni rüb rekorduna imza atıb

Pandemiya problem deyil: Tesla yeni rüb rekorduna imza atıb

Koronavius pandemiyasının öz zavodlarının çalışma templərinə zərər yetirməsinə imkan verməyərək Tesla şirkəti diqqət çəkən nəticələr əldə edib. Belə ki, bu ilin üçüncü rübü üzrə şirkətin elektromobil istehsalı göstəricisi keçən ilin göstəricisini geridə qoyub. Şirkət üçüncü rüb üzrə 140.000 ədəd elektromobil istehsal edib. Bu barədə New Atlas saytı xəbər verib.

Bir çox digər şirkətlər kimi bu ilin əvvəlində Tesla da öz zavodlarının bir hissəsini bağlamışdı. Nəticədə birinci və ikinci rübdə elektromobil istehsalı tempi aşağı düşmüşdü. Belə ki, şirkət birinci rübdə 88.400 ədəd elektromobil, ikinci rübdə isə 90.650 ədəd elektromobil istehsal etmişdi. Lakin üçüncü rübdə şirkət yenidən rekord göstərici sərgilədi. Belə ki, o, 139.300 ədəd elektromobil istehsal etdi.

'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala salacaq'

Onlardan 124.100 ədədi Model 3 və Model Y, 15.200 ədədi isə daha bahalı Model S və Model X oldular. Beləliklə ümumi nəticə üzrə üçüncü rübün istehsalat göstəricisi ikinci rüb ilə müqayisədə 35% daha çox oldu. Sözügedən rüb hesabatı Business Insider saytının analitiklərinin proqnozlarını təsdiqləyir. Belə ki, onlar proqnoz etmişdilər ki, Tesla şirkəti digərlərindən fərqli olaraq koronavirus pandemiyasının yaratdığı böhrandan daha yaxşı şəraitdə çıxacaq.