1977-ci ildə buraxılmış və mükəmməl vəziyyətdə olan VAZ-2121 "Niva" modelinin satışı barədə elan dərc olunub.

1977-ci ildə buraxılmış və mükəmməl vəziyyətdə olan VAZ-2121 "Niva" modelinin satışı barədə elan dərc olunub.

43 il bundan əvvəl istehsal edilməsinə baxmayaraq, ofrouder cəmi beş kilometr yürüş edib. 1977-ci ilin avtomobili üçün üç milyon rubl (68.850 manat) istənilir. Müqayisə üçün, bu qiymətə Rusiyada hər biri 573 min rubldan (13.150 manat) satılan beş ədəd yeni Lada 4x4 ofrouderini almaq mümkündür.

Milli.Az autograph.az-a istinadən bildirir ki, saytda yerləşdirilən elanın müəllifi "Niva" modelinin kuzovunun, salonun və texniki vəziyyətinin mükəmməl olduğunu bildirir.  Satılan avtomobil zavod limon rənginə boyanıb və qara rəngli salona malikdir.  Salonda orijinal olmayan element sükan çarxının örtüldüyü çıxarıla bilən üzlükdür. Avtomobilin ehtiyat təkəri də orijinaldır. VAZ-2121 modeli 75 at qüvvəsi hasil edən 1,6-litrlik karbüratörlu mühərriki və mexaniki ötürmələr qutusu ilə təchiz edilmişdir.

VAZ-2121 modelinin istehsalına 5 aprel 1977-ci ildən başlanıldığı üçün, bu nümunə ilk buraxılan avtomobillərdəndir. Xatırladaq ki, hazırda bu model hələ də istehsaldadır və 2003-cü ildə onun tirajı iki milyonu keçmişdi. 2006-cı ildə model Lada 4x4 adı altında istehsal edilir.